“Arsenal” müdafiəçisi ilə razılığa gəlib

Niderlandlı müdafiəçi Yurrien Timber “Arsenal”la yeni əməkdaşlıqla bağlı anlaşmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” Timberlə müddəti 2030 və ya 2031-ci ilə qədər olan yeni müqavilə imzalamağı planlaşdırır.

Baş məşqçi Mikel Arteta 24 yaşlı futbolçunu yüksək qiymətləndirir və onu komandanın əsas oyunçularından biri hesab edir.

Timber cari mövsümdə Premyer Liqada 21 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə verib. Onun komandası hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 7 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button