Obameyanq – “Arsenal” tarixinin 2-cisi

“Arsenal” İngiltərə Premyer Liqasının 34-cü turunda “Lester”lə qollu bərabərə qalıb – 1:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmada “topçular”ın yeganə qolunu vuran Pyer-Emerik Obameyanq “Arsenal”ın tarixinə düşüb.

“Lester”lə oyunda da fərqlənən qabonlu hücumçu, bu mövsümkü qollarının sayını 20-yə çatdırıb. Obameyanq “Arsenal”ın tarixində ardıcıl iki mövsümdə 20 və daha çox qol vuran ikinci futbolçu olub. Daha əvvəl bunu bacaran Tyerri Anri idi.