“Arsenal” fransalı futbolçu ilə vidalaşdı – rəsmi

İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksandr Lakazettlə yollarını ayırıb.

Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb. Fransalı oyunçu komandanı azad agent kimi tərk edəcək.

Lakazett 2017-ci ildən “topçular”ın formasını geyinirdi. O, meydanda çıxdığı 206 matçda 71 qola imza atıb.

Futbolçunun Fransa “Lion”una keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button