“Arsenal” Emerini göndərdi – rəsmi

İngiltərənin “Arsenal” klubu baş məşqçisi Unay Emerini istefaya göndərib.

Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə yollar komandanın uğursuz nəticələrinə görə ayrılıb. “Topçular” ispaniyalı məşqçinin rəhbərliyi altında ardıcıl 7 oyun qələbə qazana bilməyib. Bu, 27 il ərzində komandanın ən uğursuz göstəricisi olub.

Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Fredrik Lünqberq icra edəcək.

Unay Emeri 2018-ci ilin yayından “Arsenal”a rəhbərlik edirdi.

“Arsenal” İngiltərə Premyer Liqasında 13 turdan sonra 18 xalla 8-ci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button