“Liverpul”la MS qalib gəldi, derbini “Çelsi” qazandı

İngiltərə Premyer Liqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Turun açılış matçında “Bornmut”la “Brayton” qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. “Tottenhem” “Norviç”lə səfər oyununda xal itkisi ilə üzləşib. “Lester” səfərdə “Vest Hem”ə qalib gəlib. “Mançester Yunayted” isə “Bernli” səfərinə yollanıb və 2 cavabsız qolla üstün olub.

Lider “Liverpul” son turda “Mançester Siti”ni məğlub edən “Vulverhempton”la üz-üzə gəlib və minimal hesabla üstün olub. “Mançester Siti” isə “Şeffild Yunayted”i sınağa çəkib və inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşü Londonda keçirilib. “Arsenal” doğma azarkeşləri qarşısında “Çelsi”ni qəbul edib. Hesabı meydan sahiblərinin açdığı görüşdə qonaqlar əzmkar qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 20-ci tur

28 dekabr

Brayton – Bornmut 2:0
Qol
: Cahanbaxş, 3. Muy, 79.

Nyukasl – Everton 1:2
Qol
: Şar, 56 – Levin, 13; 64.

Sauthempton – Kristal Pelas 1:1
Qol
: İnqs, 74 – Tomkins, 50.

Uotford – Aston Villa 3:0
Qol
: Dini, 42; 67. Sarr, 71.

Norviç – Tottenhem 2:2
Qol
: Vrançiç, 18. Orye, 61-öz qapısına – Eriksen, 55. H.Keyn, 83-pen.

Vest Hem – Lester 1:2
Qol
: Fornals, 45 – İheanaço, 40. Qrey, 56.

Bernli – Mançester Yunayted 0:2
Qol
: Marsial, 44. Reşford, 90+5.

29 dekabr

Arsenal – Çelsi 1:2
Qol
: Obameyanq, 13 – Jorjinyo, 83. Abraham, 87.

Liverpul – Vulverhempton 1:0
Qol
: Mane, 42.

Mançester Siti – Şeffild Yunayted 2:0
Qol
: Aquero, 53. De Breyne, 82.

Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button