“Arsenal” Arteta ilə yeni müqavilə bağlamağa yaxındır

“Arsenal” baş məşqçi Mikel Arteta ilə müqaviləni uzatmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın günlərdə tərəflər yeni müqavilə imzalayacaqlar. Anlaşmanın təfərrüatları yaxın günlərdə müzakirə olunacaq.

Klub rəhbərliyi məşqçinin işindən razıdır. Müqavilə imzalansa, Arteta Avropanın ən yüksək maaş alan məşqçilərindən birinə çevriləcək.

İspan mütəxəssis 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu və iki dəfə ölkə superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button