“Arsenal” Arteta ilə uzunmüddətli müqavilə istəyir

“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Artetanın işindən razıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu ispaniyalı mütəxəssisə yeni, uzunmüddətli müqavilə təklif etmək niyyətindədir. Arteta da komandada qalmaq istəyir və müqaviləni uzatmağa hazırdır.

Artetanın rəhbərliyi altında “Arsenal” Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.

42 yaşlı məşqçi 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button