Teves rekord üçün 3 saniyə gözlədi

Argentinanın “Boka Xuniors” klubunda forma geyinən Karlos Teves yeni rekordla yadda qalıb.

Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu komandasının Argentina Liqa kubokunun “Talleres”lə matçında erkən sarı vərəqə ilə cəzalandırılıb. Belə ki, Teves qarşılaşmanın 3-cü saniyəsində rəqib komandanın futbolçusu Tomas Poçettinoya dirsəklə vurduğu üçün sarı vərəqəylə cəzalanıb.

Teves Argentina futbolu tarixində ən erkən sarı vərəqə alan futbolçu olub.