Messinin gedişi “Barselona”ya baha başa gəldi
Argentinalı hücumçu Lionel Messinin “Barselona”dan ayrılmasına görə Kataloniya klubu 137 milyon dollar itirəcək.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Messinin gedişi ilə “Barselona”nın kommersiya gəlirləri azalacaq.
Kataloniya klubunda 34 yaşlı futbolçunun forması və digər marketinq məhsulları satışda olmayacaq. “Barselona” təkcə bundan 43 milyon avro itirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin