Argentinada çempion bəlli oldu

Argentina Premyer Liqasında 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, 24-cü turda səfərdə “Tiqre” ilə 1:1 hesablı heç-heçə edən “Rasinq”, çempionatın bitməsinə bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Səfər oyunundan bir xalla qayıdan “Rasinq”, xallarının sayını 56-a yüksəldərək, ikinci pillədəki “Defensa” ilə aradakı fərqi 4-ə çatdırıb.

“Rasinq” Argentina Premyer Liqasında 9-cu dəfə çempion adını qazanıb. Komanda son olaraq 2014-cü ildə mövsümü qalib tamamlamışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button