Keçmiş komanda yoldaşı Messi haqda: “Sizi məhv etmək üçün oynayır”

Argentina millisinin sabiq qapıçısı Villi Kabalyero açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda İngiltərənin “Çelsi” klubunda çıxış edən 39 yaşlı futbolçu, “Barselona”nın kapitanı Lionel Messi haqda maraqlı fikirlər söyləyib:

“Barselona”ya qarşı oynadığım oyunlarda böyük acılar yaşadım. Meydana girir və rəqib qapıçıları, müdafiəçiləri öldürmək üçün oynayır. Öldürmək deyəndə, yəni mümkün olduğu qədər daha çox qol vurmaq istəyir.

Onunla millidə komanda yoldaşı olmağınız, dost olmağınız nəyisə dəyişmir. Oyundan əvvəl və sonra səninlə yaxşı danışar, söhbət edər. Lakin oyun zamanı sizi məhv etmək üçün oynayır”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button