Taleyinə “çempion” yazılmış futbolçu

“Barselona” La Liqada sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mövsümün əvvəlində Kataloniya təmsilçisinə transfer edilən Arturo Vidal, bununla da, ardıcıl 8 mövsümdür ki, iştirak etdiyi ölkə çempionatlarında qızıl medalçı olur.

Vidal 8 mövsümdə “Yuventus”la 4, “Bavariya” ilə 3, “Barselona” ilə isə 1 dəfə çempion olub.

“Barselona” ilə 2021-ci ilə qədər müqaviləsi olan çilili yarımmüdafiəçi, bu mövsüm 47 oyunda iştirak edərək, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button