
Arbeloa: “Arda ilə fəxr edirəm”
“Real”ın baş məşqçisi Alvaro Arbeloa yarımmüdafiəçi Arda Gulər barədə fikirlərini bölüşüb.
20 yaşlı futbolçu dünən keçirilən UEFA Çempionlar Liqası matçında “Benfika” üzərində 1:0 hesablı qələbədə mühüm rol oynayıb. O, 86 dəqiqə meydanda olub və komandasının minimal hesablı qələbəsinə töhfə verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Arbeloa, türkiyəli oyunçunun keyfiyyətlərini yüksək qiymətləndirib:
“Ardanın keyfiyyətləri bizə böyük fayda verir. O, yarımmüdafiə ilə hücum xəttini birləşdirir. Xüsusi, özünəməxsus futbolçudur. Komanda üçün çox vacibdir və biz onun özünəinamı üzərində işləməyə davam etməliyik. Belə matçlar onun inkişafına kömək edir. Onunla fəxr edirəm”.
Arda cari mövsümdə “Real”ın heyətində 37 oyunda 3 qol vurub və 12 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



