
Arda Gülər: “Utanırıq”
Türkiyə millisi futbol üzrə 2026-cı il dünya çempionatında növbəti uğursuz nəticə ilə üzləşib.
Vinçenzo Montellanın rəhbərlik etdiyi komanda Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq, vaxtından əvvəl pley-off mərhələsinə yüksəlmək şansını itirib. Türkiyə yığması ilk hissənin sonlarından etibarən say üstünlüyündə çıxış etsə də, bundan yararlana bilməyib. Matç ərzində qapı istiqamətinə 32 zərbə vuran və topa 78 faiz sahib olan türklər yenə də rəqib qapısına yol tapa bilməyiblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra “Real”ın və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər azarkeşlərdən üzr istəyib:
“Azarkeşlərimizdən üzr istəyirik. Utanırıq. Hamımız Avropanın aparıcı klublarında çıxış edirik və dünya çempionatında millidə daha yaxşı oyun göstərməli idik. İki oyunda bir qol belə, bura bilməməyimiz qəbuledilməzdir”.
Türkiyə millisi ilk turda da Avstraliya yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.
Bizi Facebook-da izləyin



