
Arbeloa İngiltərə klubu ilə anlaşıb
“Real”ın sabiq baş məşqçisi Alvaro Arbeloa karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “Fulhem”in yeni baş məşqçisi olmağa hazırlaşır. Tərəflər arasında danışıqların yekun mərhələdə olduğu və yaxın günlərdə müqavilənin rəsmiləşdiriləcəyi bildirilir.
Arbeloa London təmsilçisi ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
İspaniyalı çalışdırıcı 2025/26 mövsümünün başa çatmasından sonra “Real”ın baş məşqçi postundan ayrılıb. Onun yerinə portuqaliyalı mütəxəssis Joze Mourinyo təyin olunub. “Fulhem” isə ötən mövsüm İngiltərə Premyer Liqasını turnir cədvəlinin 11-ci pilləsində başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.
Bizi Facebook-da izləyin



