Ançelotti Kroosu “Real”a qaytarmağa hazırdır

“Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib ki, Toni Kroosu karyerasını bitirmək fikrindən daşındığı təqdirdə, komandaya qaytarmağa hazırdır.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italyan çalışdırıcı Kroosun karyerasını bitirmək qərarına gəlməsindən təəssüfləndiyini bildirib:

“Təəssüf ki, Kroos karyerasını bitirmək qərarına gəldi. Qərarında qətidir, lakin Madriddə yaşamağa davam edəcək. Mən ona dedim ki, payızda fikrini dəyişsə, ilk telefon zəngindən sonra hər şeyə yenidən başlayacağıq”.

Almaniyalı yarımmüdafiəçi 2014-cü ildə “Bayern”dən “Real”a keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 465 matçda iştirak edib, 28 qol vurub və 99 məhsuldar ötürmə verib.

34 yaşlı futbolçu “kral klubu” ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya çempionu titulunu və 4 dəfə Avropa superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button