Benzemaya təşəkkür etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Kərim Benzema haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçuya təşəkkür edib:

“Keçən mövsüm komanda üçün etdiyi hər şeyə görə Benzemaya təşəkkür edirəm. Onun uğurlu çıxışı sayəsində çoxlu kuboklar qazandıq. Ümid edirəm ki, bu mövsüm də ona minnətdar olacağıq”.

Ötən il fransalı futbolçu “qızıl top”u qazanıb. 2022/23 mövsümündə o, “Real”la İspaniya La Liqasının, eyni zamanda UEFA Çempionlar Liqasının qalibi olub.

Benzema cari mövsümdə La Liqada “kral klubu”nun heyətində 14 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button