
Amorim keçmiş oyunçusunu “Milan”da istəmir
“Milan”ın yeni baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqartenin transferində maraqlı deyil.
Daha əvvəl uruqvaylı futbolçunun xidmətinin İtaliya klubuna təklif olunduğu bildirilmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin yay transfer planlarında 25 yaşlı futbolçu yer almır. Onun “Mançester Yunayted”də birlikdə çalışdığı futbolçuya xüsusi üstünlük vermədiyi qeyd olunur.
Uqarte ötən mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



