Kolesnik reytinq turnirində bürünc medal qazandı

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Komanda.az xəbər verir ki, yarışın 3-cü günündə 5 güləşçimiz mübarizə aparıb.

Təmsilçilərimizdən yalnız Alyona Kolesnik fəxri kürsüyə qalxıb. 59 kq-da iştirakçı sayı az olduğundan qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib.

Qadın güləşçimiz yekunda bürünc medal qazanıb.

Qadın güləşi

59 kq
1-ci tur: Alyona Kolesnik – Anastasiya Nikita (Moldova) 0:11
2-ci tur: Alyona Kolesnik – Nikolet Sabo (Macarıstan) 4:5
3-cü tur: Alyona Kolesnik – Yui Sakano (Yaponiya) 0:10
4-cü tur: Alyona Kolesnik – Viktoriya Borsos (Macarıstan) 5:0 (tuş)

62 kq
1/8 final: Elis Manolova – Kayla Mirakl (ABŞ) 2:5

Yunan-Roma güləşi

77 kq
Təsnifat mərhələsi: Sənan Süleymanov – Amin Kaviyaninecad (İran) 0:3

87 kq
Təsnifat mərhələsi: Məhəmməd Əhmədiyev – Matey Mandiç (Xorvatiya) 2:1 (tuş)
1/16 final: İslam Abbasov – Damyan Von (İsveçrə) 7:5
1/16 final: Məhəmməd Əhmədiyev – Çenqvu Vanq (Çin) 4:0
1/8 final: Məhəmməd Əhmədiyev – Marsel Sterkenburq (Hollandiya) 1:3
1/8 final: İslam Abbasov – Semen Novikov (Bolqarıstan) 0:8

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button