“Alonso qərarımda böyük rol oynadı” – “Çelsi”nin yeni transferi

“Çelsi”nin yeni transferi Morqan Rocers London klubuna keçidində baş məşqçi Xabi Alonsonun mühüm rol oynadığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, transfer qərarından əvvəl Alonso ilə bir neçə dəfə danışdığını söyləyib:

“Xabi Alonso ilə bir neçə dəfə danışmışam. Onun necə məşqçi və insan olduğunu, komandanı necə idarə etmək istədiyini anlamaq mənim üçün vacib idi. Onun futbola baxışı mənim oyun tərzimlə tam üst-üstə düşür. Alonsonun bu layihədə yer alması qərarımda böyük rol oynadı”.

Rocers bu yay 116 milyon funt sterlinq qarşılığında “Aston Villa”dan “Çelsi”yə transfer olunaraq, tarixin ən bahalı ingilis futbolçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button