“Real” Alonsoya son şansı verib

“Real” bu sabah təcili iclas keçirərək komandanın baş məşqçisi Xabi Alonsonun gələcəyini müzakirə edib.

Komanda.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

Klub rəsmiləri yekun qərara gələ bilməyiblər – rəhbərlik iki yerə bölünüb. Bildirilir ki, UEFA Çempionlar Liqasındakı “Mançester Siti” ilə qarşıdakı oyun Alonso üçün həlledici olacaq və onun “Real”dakı son şansı kimi dəyərləndirilir.

“Real” La Liqanın 16-cı turunda evdə “Selta”ya məğlub (0:2) olaraq, turnir cədvəlində lider olan “Barselona”dan 4 xal geri düşüb. Komanda son 5 liqa matçının yalnız birində qələbə qazana bilib.

Nəticələr və oyun səviyyəsi səbəbilə Alonsonun artıq “Real”ın paltardəyişmə otağında nüfuzu zəifləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button