
Alonsonun “Çelsi”də ilk transfer seçimi
“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso ilk transfer hədəfini müəyyənləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis sol cinah müdafiəçisi Alexandro Qrimaldonu London klubunda görmək istəyir. Alonso sabiq yetirməsini Leverkuzen “Bayer”indən gətirməyə çalışır.
Bildirilir ki, qarşıdakı yay transfer dönəmində Qrimaldonu daha münasib qiymətə transfer etmək mümkün olacaq. Buna səbəb ispaniyalı futbolçunun Almaniya klubu ilə müqaviləsinin müddətinin bir ildən sonra başa çatmasıdır.
“Çelsi” mayın 18-də Xabi Alonsonun baş məşqçi təyinatını rəsmən açıqlayıb. 43 yaşlı çalışdırıcı 2023-2025-ci illər aralığında “Bayer”də Qrimaldo ilə birlikdə çalışıb.
30 yaşlı müdafiəçinin transfer dəyəri 24 milyon avro olaraq qiymətləndirilir.
Bizi Facebook-da izləyin



