“Arsenal”ın futbolçusu Almaniya klubunda

Almaniyanın “Nürnberq” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, 2-cu Bundesliqa təmsilçisi “Arsenal”dan Konstantinos Mavropanosu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Nürnberq”in formasını geyinəcək.

Yunanıstanın “Apollon” klubunun yetirməsi olan Mavropanos, 2018-ci ilin yayından “Arsenal”da idi. Müdafiəçi “topçular”la bu mövsüm 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button