Haland: “Buna məcburam”

Almaniyanın “Borussiya” klubunun futbolçusu Erlinq Haland Çempionlar Liqasında “Beşiktaş”ı (Türkiyə) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisinin hücumçusu, 2:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Çətin oyun oldu. Kritik qələbə qazandıq. Mübarizə apardıq və sonluq gözəl oldu. Qələbə üçün çox xoşbəxtəm. Qollarım davam edəcək. Qol vurmaq mənim işimdir. Yəni buna məcburam”.