“Barselona” alman məşqçi ilə anlaşıb

“Barselona” almaniyalı mütəxəssis Hans-Diter Fliki komandanın baş məşqçisi təyin etməyə yaxındır.

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, tərəflər 2026-cı ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalamaq barədə razılığa gəliblər. Flik kataloniyalıların “sükanı arxasında” ispaniyalı baş məşqçi Xavini əvəz edəcək. 

Flikin son iş yeri Almaniya millisi olub.

“Barsa” İspaniya çempionatının son turu öncəsi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button