“Yuventus” və “Bavariya” istəyir – Qvardiolanın güvənmədiyi futbolçunu

Almaniyanın “Bavariya” və İtaliyanın “Yuventus” klubu “Mançester Siti”nin futbolçusu üçün hərəkətə keçir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiola ilə problemlər yaşadığı deyilən Leroy Sane, cari mövsümün sonunda “şəhərlilər”dən ayrılmaq niyyətindədir. Alman futbolçu ilə yaxından maraqlanan “Bavariya” və “Yuventus” onun üçün transfer təklifi etməyə hazırlaşır.

“Mançester Siti”nin 2021-ci ilədək müqaviləsi olan vinger üçün azı 70 milyon avro tələb edəcəyi deyilir.

2016-cı ildə 50 milyon avro müqabilində “Şalke”dən transfer olunan 23 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 42 oyunda 15 qol vurub, 18 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button