Alleqridən yenidən zədələnən Poqba ilə bağlı açıqlama

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri fransalı futbolçu Pol Poqbanın zədəsi haqda danışıb.

Komanda.az “Football Italia“ nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis Poqbanın zədəsinin ciddi olmadığına ümid etdiyini bildirib:

“Hələlik dəqiq məlumat yoxdur. Poqba budunun arxasında narahatlıq hiss etdi. Onun tibbi müayinədən keçirilməsi təyin edilib. Ümid edirik ki, onun zədəsi ciddi olmayacaq. Poqba meydanda cəmi yarım saat keçirdi, lakin bu müddət ərzində yüksək səviyyəsini göstərə bildi”.

Poqba ötən mövsüm zədə səbəbindən Turin komandasının heyətində 10 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. O, sonuncu turun “Empoli” ilə matçında (2:0) yenidən zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button