“Allah qoysa, bütün oyunlarda qalib gələcəyik” – “Sabah”ın futbolçusu

“Sabah”ın futbolçusu, Premyer Liqanın 19-cu turunun “Araz-Naxçıvan”la görüşündə dubl edən Xəyal Əliyev klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, Əliyev komandasının qalibiyyətlərə davam edəcəyinə inandığını söyləyib: 

“Hər oyunda qol vurduğum üçün çox sevinirəm. İnşallah, davamlı olar. Qarşıdakı oyunda da qol vurub komadamı sevindirərəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Allah qoysa, bütün oyunlarda qalib gələcəyik. Komandada əhval-ruhiyyə “bomba” kimidir”.

“Sabah” 19 turda 46 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button