“Ağsu” birinci diviziondan uzaqlaşdırıldı

“Ağsu” klubu birinci diviziondan uzaqlaşdırılıb.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, “Ağsu” futbol klubunun rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan 1-ci divizionundan kənarlaşdırmağı qərara alıb. Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button