“Ağır məğlubiyyətdən sonra oynamaq asan deyil, amma…” – Mourinyo

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Everton”a 1:0 hesabı ilə qalib gələn “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, qələbəylə bağlı bunları deyib:

“Xal qazandığımız üçün xoşbəxtəm, çünki buna ehtiyacımız vardı. Keçən tur “Şeffild Yunayted”lə keçirdiyimiz oyundan sonra (1:3) bu gün komandanın oyununu bəyəndim. Möhtəşəm oyun göstərmədik, amma çox yaxşı komandaya qarşı yaxşı çıxış etdik. Ağır məğlubiyyətdən sonra oynamaq asan deyil, amma komanda bu gün mümkün olan ən yaxşı şəkildə oynadı. Hər kəs əlindən gələni etdi. Daha çox qol vura bilərdik, ikinci hissədə bunun üçün şansımız oldu. Amma “Everton” kimi yaxşı komandaya qarşı oynamaq asan deyil”.