Afrika Millətlər Kuboku: Misir şokda, Nigeriya 1/4 finalda

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.

Öncə Nigeriya və Kamerun yığmaları qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşmada çətin qələbəyə sevinən nigeriyalılar növbəti mərhələyə vəsiqə qazanıblar.

Günün digər oyunu Misir və CAR yığmaları arasında baş tutub. Minimal hesabla qalib gələn CAR futbolçuları əsas favoritlərdən olan Misiri sıradan çıxarmaqla 1/4 finala vəsiqə əldə ediblər.

Afrika Millətlər Kuboku, 1/8 final

5 iyul

Mərakeş – Benin 1:1 (penaltilər 1:4)
Qol
: En-Nesiri, 76 – Adilehu, 53.

Uqanda – Seneqal 0:1
Qol
: Mane, 15.

6 iyul

Nigeriya – Kamerun 3:2
Qol
: İqalo, 19; 63. İvobi, 66 – Bahoken, 41. Njie, 44.

Misir – CAR 0:1
Qol
: Lorç, 85.

7 iyul

20:00. Madaqaskar – Konqo
23:00. Əlcəzair – Qvineya

8 iyul

20:00. Mali – Fil Dişi Sahili
23:00. Qana – Tunis

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button