Gənclər kuboku: Final matçının vaxtı açıqlandı

AFFA tərəfindən təşkil olunan Gənclər kubokunun final oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, iyunun 10-da, “ASCO Arena”da keçiriləcək final qarşılaşmasında “Sabah” və “Qəbələ”nin U-19 komandaları üz-üzə gələcək.

Saat 18:00-da start götürəcək oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.