AFFA Elmar Baxşıyevi cəzalandırıb

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna onun Premyer Liqanın 5-ci turunda “Zirə”yə qarşı matçda ikinci sarıdan qırmızı vərəqə alması səbəb olub.

Baxşıyev 1 oyunluq cəzalanıb. Klub isə buna görə 800 manat cərimələnib.

Oyun “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button