Qlasner “Kristal Pelas”dan ayrıldı – Rəsmi

“Kristal Pelas” baş məşqçi Oliver Qlasnerin komandadan ayrıldığını rəsmi şəkildə açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qlasner 2024-cü ilin fevralından “Kristal Pelas”ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında ümumilikdə 121 oyun keçirib: 53 qələbə, 33 heç-heçə və 35 məğlubiyyət.

“Qartallar” avstriyalı mütəxəssisin rəhbərliyi dövründə tarixində ilk dəfə böyük uğurlar əldə edilib. Belə ki, komanda son mövsümdə İngiltərə kuboku və superkubokunu qazanıb, həmçinin, UEFA Konfrans Liqasının qalibi olub. Klub Qlasnerdən əvvəl heç bir rəsmi titula sahib deyildi.

51 yaşlı mütəxəssisin növbəti “dayanacağ”ı “Milan” ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button