Xavi: “Evə dönmək üçün çox həyəcanlıyam”

Adı “Barselona” ilə hallanan Xavi açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, “Barselona”ya qayıtmaq istədiyini deyib:

“Nə olacağını bilmirəm. İki klub arasında danışıqlar davam edir, nəticəni görəcəyik. Düşünürəm ki, hər şey müsbət olacaq. Ümid edirəm ki, razılıq əldə olunar. Evə dönmək üçün çox həyəcanlıyam. Arzu edirəm ki, reallaşsın”.

Xavinin “Barselona”ya baş məşqçi təyin olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button