AÇ: Qadın güləşçilər mübarizəyə qoşulur

Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.

Komanda.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək.

55 kq-da Elnurə Məmmədova Laura Stanelite (Litva) ilə, 59 kq-da yarışan Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) – Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq-da Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. 74 kq-da Cəbrayıl Qadjiyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-da Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) – İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq. Nəhayət, 125 kq-da Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı aprelin 23-də yekunlaşacaq. Öncədən sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) “qızıl”, Maqomedxan Maqomedov (97 kq) “gümüş” qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button