AÇ: Azərbaycanlı güləşçi “bürünc” uğrunda mübarizə aparacaq

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə start verəcək.

Komanda.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/4 finalda Mariya Ferone (İtaliya) ilə üz-üzə gələcək.

57 kq-da Jalə Əliyeva təsnifatda Aleksandr Xomenetslə (Ukrayna), 65 kq-da Birgül Soltanova eyni mərhələdə Gergana Stoyanova (Bolqarıstan) ilə güləşəcək.

Bu gün, eyni zamanda, 55 kq-da Elnurə Məmmədova “bürünc” uğrunda görüşdə Mihaela Samoillə (Moldova), 68 kq-da Nigar Mirzəzadə təsəlliverici qarşılaşmada Karolina Kozlovskayla (Polşa) mübarizə aparacaq.

Avropa çempionatı martın 19-da bitəcək. Öncədən yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button