AÇ: Azərbaycan millisi oyunlarını bu ölkədə keçirəcək

19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan yığmasının yer aldığı 5-ci qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv növbəti mərhələyə yüksəlmək üçün meydan sahibləri ilə yanaşı, Fransa və Yunanıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq.

Bu mərhələnin oyunları gələn il martın 21-dən 26-dək gerçəkləşəcək. Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. Həlledici mərhələ isə gələn ilin sentyabrında Xorvatiyada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button