AÇ: Azərbaycan millisi ikinci oyunda uduzdu

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz bu dəfə Ukrayna ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 78:65.

Təmsilçimiz qrupda növbəti matçını sabah Litva yığmasına qarşı keçirəcək.

Azərbaycan millisi qrupdakı ilk oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button