AÇ-2024: Pley-off mərhələsinin püşkatması keçirilib 

Bu gün Nyonda AÇ-2024-ün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

Komanda.az xəbər verir ki, 3 pley-off turniri çərçivəsində 2024-cü il martın 21-də altı yarımfinal, martın 26-da üç final oyunu keçiriləcək. Finalın üç qalibi AÇ-2024-ün final mərhələsində iştirakçıların sayını tamamlayacaq.

Yarımfinal – A Liqası: Polşa / Estoniya – Uels / Finlandiya

İkinci cütün qalibi finalın ev sahibi olacaq.

Yarımfinal – Liqa B: İsrail / İslandiya – Bosniya və Herseqovina / Ukrayna

İkinci cütün qalibi finalın ev sahibi olacaq.

Yarımfinal – C Liqası: Gürcüstan / Lüksemburq – Yunanıstan / Qazaxıstan

Birinci cütün qalibi finalın ev sahibi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button