AÇ-2023: Azərbaycan millisi ilk məğlubiyyətini aldı

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi AÇ-2023-ün seçmə mərhələsində növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, D qrupunda yer alan yığmamız 4-cü turda Sloveniyanı qəbul edib.

Bakı Voleybol Mərkəzindəki qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

İlk setdə qonaqlar 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə Azərbaycan yığması bunun əvəzini çıxıb – 25:19. Sloveniya seçməsi üçüncü setdə 25:18, dördüncü setdə isə 25:21 hesabı ilə üstün olub.

İlk 4 turdan sonra xallarının sayını 11-ə çatdıran Sloveniya yığması Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AÇ-2023-ün final mərhələsinə yüksəlib. Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk 2 yerin sahibləri AÇ-2023-ə vəsiqə qazanacaq.

AÇ-2023-ün seçmə mərhələsi
D qrupu
3 sentyabr

Azərbaycan – Sloveniya 1:3 (11:25; 25:19; 18:25; 21:25)
Bakı, Voleybol Mərkəzi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button