Azərbaycanla oyundan əvvəl heyətdən çıxarıldı

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Uels millisinin heyətindən bir futbolçu çıxarılıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, Nil Teylor heyətdən çıxarılıb. “Aston Villa”da forma geyinən müdafiəçi şəxsi səbəblərə görə milli komandanın baş məşqçisi Rayan Giqqzdən icazə alıb. Teyloru yığmada kimin əvəzləyəcəyi isə bəlli deyil.

Noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da start götürəcək.