AÇ-2020: Türkiyə – Uels matçına nə qədər bilet satılıb?

AÇ-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Türkiyə və Uels milli komandaları üz-üzə gələcəklər.

Saat 20:00-da start götürəcək qarşılaşma üçün satılan bilet sayı məlum olub. AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Komanda.az-a açıqlamasında Türkiyə – Uels matçına hələlik 29 minə yaxın biletin satıldığını bildirib.

Oyuna bilet satışı davam edir.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels matçına saat 20:00-da start veriləcək.