AÇ-2020-nin Bakıda keçiriləcək oyunları üçün nə qədər bilet satılıb?

Bu gün AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, “Şamaxı Palace” otelində təşkil olunmuş tədbirdə turnirin bilet satışı haqqında da məlumat verilib. Bildirilib ki, 125, 75 və 30 avro olmaqla, üç kateqoriyalı biletləri internet vasitəsiylə əldə etmək mümkündür. Mart ayından isə fiziki olaraq satış mümkün olacaq.

Bundan başqa, tədbirdə Bakıdakı qarşılaşmalara 118 840 biletin satıldığı açıqlanıb. Onlardan 19059-u Uels – İsveçrə, 32000-i Türkiyə – Uels, 30147-si İsveçrə – Türkiyə, 37634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button