AÇ-2020: Uels millisinin Bakı gəzintisi FOTOLAR

AÇ-2020-nin A qrupunda mübarizə aparan, iyunun 16-da Bakı Olimpiya Stadionunda Türkiyə millisi ilə qarşılaşacaq Uels yığmasının üzvləri şəhər gəzintisinə çıxıblar.

Komanda.az xəbər verir ki, gəzinti zamanı komandanın üzvlərinə Bakı və Azərbaycan barədə məlumat verilib, uelsli futbolçular Bakının simasında tarixi ənənələr və müasirliyin vəhdətinin canlı şahidi olublar.

İyunun 16-da, Bakı Olimpiya stadionunda keçiriləcək Türkiyə – Uels matçı saat 20:00-da start götürəcək.

Türkiyə millisi qrupda ilk oyununda İtaliyaya 0:3 hesabıyla uduzub. Uels isə İsveçrə ilə heç-heçə edib – 1:1.