AÇ-2020: Fransa ilə oyunun ən yaxşısı elan olundu

AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Macarıstan – Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Macarıstan yığmasının yarımmüdafiəçisi Laslo Klaynhaysler bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, Macarıstan – Fransa matçı 1:1 hesabıyla başa çatıb.