“Mançester Yunayted”in sabiq futbolçusu klubsuz qaldı

ABŞ-ın “Nyu-İnqlend Revolyuşn” klubu futbolçusu Aleksandr Büttnerlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Büttner 2012-2014-cü illər aralığında İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edib. Müdafiəçi 2020-ci ilin yanvarından “Nyu-İnqlend Revolyuşn”da idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button