ABL: “Sumqayıt” “Quba”ya məğlub oldu

Azərbaycan Basketbol Liqasının 4-cü turunda B qrupunda “Sumqayıt” səfərdə “Quba”ya məğlub olub.

Komanda.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 97:83 hesablı qələbəsi ilə yekunlaşıb.

4-cü turun noyabrın 26-da keçirilmiş “Abşeron” – “Naxçıvan” oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı – 68:72. Ötən gün isə “Ordu” klubu səfərdə “Lənkəran”ı məğlub edib – 92:55. Bu gün baş tutan “Sabah” – NTD görüşündə meydan sahibləri 110:86 hesablı qələbəyə sevinib. Turun digər matçları dekabrın 1-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button