A Seriyası klubunda baş məşqçi dəyişikliyi

İtaliyanın “Empoli” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Komanda.az xəbər verir ki, “Empoli” rəhbərliyi komandanın baş məşqçisi Paolo Zanettini istefaya göndərib.

Rəhbərlik “Roma”ya 0:7 hesablı biabırçı məğlubiyyəti ona bağışlamayıb. “Empoli” yeni mövsümə uğursuz başlayıb. Komanda 0:12 ümumi top fərqi ilə dörd məğlubiyyət alıb. Dörd turun nəticələrinə görə, Empoli A Seriyasının turnir cədvəlinin son pilləsindədir.

Artıq “Empoli”nin yeni çalışdırıcısı da bəllidir. Komanda əvvəllər da onu çalışdırmış Aurelio Andreatsoliyə tapşırılıb. 69 yaşlı italyan mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button