“Qarabağ”ı “Drita” ilə oyundan sonra düşünəcəyik”
Polşanın “Legiya” klubunun baş məşqçisi Aleksandr Vukoviç Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib.
Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssis hələlik 3-cü təsnifat mərhələsində rəqib olduqları Kosovo “Drita”sı ilə matçı düşündüklərini bildirib.
Bosniya və Herseqovina əsilli polşalı baş məşqçi Azərbaycan çempionunu yalnız sözügedən qarşılaşmadan sonra analiz edəcəklərini söyləyib:
“Ümid edirəm ki, “Drita” ilə matçdan sonra “Qarabağ”ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. İki il (əslində üç il əvvəl – red.) öncə Çempionlar Liqasının qrup mərhələsində iştirak ediblər. Həmin vaxt keçirdikləri oyunları yaxşı xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz Şotlandiyanın “Reyncers” klubu daha güclü idi”.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam klubu bu cütün qalibi ilə oktyabrın 1-də səfərdə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin